"Hər gün ağlayırdı ki, kaş mən ölərdim" -  Xatun Balaşdan danışdı

19:52 - 4 İyul 2021

"Balaş məni belə gözüyaşlı görmək istəməzdi. O, özü həyat verən insan idi. İnsanlar bir yana, heyvanlara da sevgisi var idi. Küçədə pişik, it görəndə götürüb maşına qoyurdu. Evimizin sonbeşiyi olsa da, böyüyü idi. Məni bu yerə gətirib çıxaran o oldu. İllərlə onu təriflədim".

Manset.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Söhbət var" proqramında deyib. Stilist qardaşı dünyasını dəyişəndən sonra ilk dəfə efirə çıxan sənətçi yaşadıqlarını danışıb:

"Elə bil hiss edirdim ki, ona nəsə olacaq. Karantin başlayanda fəaliyyətimiz dayanmışdı, hər gün bir yerdə idik. Müharibə başlayanda gəlirdim ki, hər gün ağlayır. Deyirdi, pis oluram. Şəhidlərin yerinə mən ölərdim. İnanmazdım ki, başıma belə iş gələr.

Xəstəliyi aşkar olundu, gecikmişdi. Mən onu xəstə, uzanan görməmişəm. Burun əməliyyatı olanda bir-iki gün uzana bilmədi. Deyirlər, bədxassəlilər ağrı vermir. Dekabrın 9-da xəstəliyi ortaya çıxdı. İsrail, Türkiyə, hər yerə əlimi uzatdım. Əlimizdən gələni etdik, heç kimə demədim. Ən güclü həkimlərlə işləyirdik, deyirdilər gecikmisiniz. Bildiyiniz cəhənnəmi 2 ay 13 gün yaşadım"..


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin