"Nüvə apokalipsisi" çıxışı ilə gündəm yaradan Baydendən YENİ AÇIQLAMA

09:57 - 12 Oktyabr 2022

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə edəcəyinə inanmadığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden nüvə silahından istifadənin dünya müharibəsinə səbəb ola biləcəyi ehtimalını təkrar edərək, Ukraynada nüvə silahından istifadənin “arzuolunmaz” nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

Putinin nüvə silahından istifadə edəcəyi ilə bağlı, “Mən onun bunu edəcəyini düşünmürəm, lakin dünyanın ən böyük nüvə gücünə malik bir dünya liderinin Ukraynada nüvə silahından istifadə edə biləcəyini açıqlamasını məsuliyyətsizlik hesab edirəm. Mən Putinin irrasional insan olduğunu düşünmürəm, o, sadəcə səhv hesablar aparıb. Ukraynada hamının ona qucaq açacağını düşünürdü” - deyib.

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin