Kseniya Sobçak ölkədən qaçdı

16:27 - 26 Oktyabr 2022

Kseniya Sobçak ölkədən qaçdı

Məşhur jurnalist Kseniya Sobçak Rusiyanı tərk edib.

 

Manset.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Sobçak Belarus vasitəsilə Litvaya keçib.

“Baza” Teleqram kanalının məlumatına görə, Kseniya Sobçakın saxlanılması üçün əməliyyatçılar Vnukovo-3 aeroportuna yollanıblar. Lakin Sobçak Rusiyadan çıxmağı bacarıb. O, Minsk vasitəsilə Litvaya keçə bilib.

Qeyd edək ki, bu gün Sobçakın evində onun kommersiya direktoru Kirill Suxanovun saxlanılması ilə bağlı axtarış aparılmışdı.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin