Pike karyerasını başa vurduğunu AÇIQLADI

22:30 - 3 Noyabr 2022

Pike karyerasını başa vurduğunu AÇIQLADI

Müdafiəçi Jerar Pike “Barselona”dan ayrılaraq karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Son həftələr, aylar çoxları mənim haqqımda danışır. Amma indiyə qədər cavab verməmişəm. Amma indi danışacam. Bir çoxlarınız kimi mən də həmişə “Barsa” azarkeşi olmuşam. Mən futbol və “Barselona” azarkeşləri ailəsində doğulmuşam. Kiçik olanda futbolçu yox, məhz “Barsa” oyunçusu olmaq istəmişəm”, - deyə o, bildirib.

Futbolçunun sözlərinə görə, o, karyerasında bütün mümkün nailiyyətləri əldə edib və artıq çıxışını başa vurmağın vatı çatıb.

“Şənbə günü keçiriləcək matç mənim “Camp Nou”dakı sonuncu oyunum olacaq. Daimi azarkeş olacam, komandanı dəstəkləyəcəm. Valideynlərim kimi mən də “Barsa”ya olan sevgimi övladlarıma ötürəcəm”, - deyə o, bəyan edib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin