Baydenin müşaviri Kiyevə gizli səfər edərək Zelenski ilə görüşdü

00:00 - 4 Noyabr 2022

Baydenin müşaviri Kiyevə gizli səfər edərək Zelenski ilə görüşdü

ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan noyabrın 4-də Ukrayna paytaxtı Kiyevə gizli səfər edib.

 

Sallivanın Ukrayna Prezidenti Volodimir Zelenski və daha bir yüksək vəzifəli məmurla qeyri-rəsmi görüş üçün gəldiyi bildirilir.  

Manset.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik iddia edir ki, Vaşinqtonun nümayəndəsi Ukraynanın paytaxtında Volodimir Zelenski və Prezident Ofisinin rəhbəri Andrey Yermakla gizli görüşüb.

Agentliyin istinad etdiyi mənbə söhbətin məzmununu açıqlamayıb. Həmçinin səfərin məqsədi barədə də ətraflı məlumat verilməyib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin