“Azərbaycanla birlikdə TANAP üzərində işi davam etdiririk” -İbrahim Kalın

23:15 - 03 Yanvar 2023

“Azərbaycanla birlikdə TANAP üzərində işi davam etdiririk” -İbrahim Kalın

“Türkiyə Azərbaycanla birlikdə TANAP-ı qurdu. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk”.

 

Manset.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“TANAP-ın tutumu ikiqat artacaq. Müharibə (Rusiya-Ukrayna müharibəsi-red) bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, - Kalın qeyd edib.

“Ən əsası isə Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə də Aralıq dənizində tapacağıq. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, - Ərdoğanın sözçüsü əlavə edib.

Report


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az