“Ermənistan öz hərəkətləri ilə bölgədəki sülhü təhdid edir”.
Manset.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
“Ermənistan üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. İstənilən halda, Türkiyə hər zaman Azərbaycanın haqlı davasına dəstək verməkdədir”.