Azərbaycanda 4 nəfər dəm qazından zəhərləndi - 3-ü azyaşlıdır

17:42 - 26 Yanvar 2023

Azərbaycanda 4 nəfər dəm qazından zəhərləndi - 3-ü azyaşlıdır

Şəmkirdə iki ailənin 4 üzvü dəm qazından zəhərlənib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zəhərlənənlərin üçü azyaşlıdır. Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Tamara Şükür qızı, 2014-cü il təvəllüdlü Məmmədov Yusif Şükür oğlu, 2021-ci il təvəllüdlü Baytarov Elman Azər oğlu və 2022-ci il təvəllüdlü Baytarov Nihat Azər oğlu dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

“Qafqazinfo” məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, hadisə bu gün saat 15:05 radələrində baş verib: “Dəm qazından zəhərlənmə diaqnozu ilə 4 nəfər (2003-cü təvəllüdlü (qadın cinsi olmaqla), 2021-ci il təvəllüdlü (kişi cinsi olmaqla), 2022-ci il təvəllüdlü (kişi cinsi olmaqla), 2014-cü il təvəllüdlü (kişi cinsi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələrinə davam etdirilir. Birinin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti stabil qiymətləndirilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az