"Daqqılı" ilə bərabər Səbuhi Xanlarov da polisə çağrılıbmış - DİN-dən AÇIQLAMA

13:20 - 20 Fevral 2023

Dünən "Daqqılı" ləqəbli bloger Ziliş Cəfərov saxlanıldığı haqqında məlumat yaylıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev Manset.az-a açıqlamasında bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar. 

Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

 


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin