Hindistan donanmasının orta mənzilli yer-hava raketini sınaqdan keçirdiyi bildirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü verdiyi açıqlamada orta mənzilli yer-hava raketinin (MRSAM) sınağını INS Visakhapatnam esminesindən həyata keçirdiyini bildirib:
"Hindistan Hərbi Dəniz Qüvvələri MRSAM-ı INS Visakhapatnam-dan uğurla atəş açaraq gəmi əleyhinə raketləri vurmaq qabiliyyətini təsdiqləyib”.
Sözçü bildirib ki, sınaqdan keçirilən orta mənzilli yer-hava raketi Hindistan Müdafiə Nazirliyinin R&D bölməsi və İsrailin IAI şirkəti tərəfindən birgə hazırlanıb.
Manşet.az