Təəssüf ki, dünyada insanlığa qarşı sui-qəsd hadisələri də baş verir. Bu sui-qəsdin qurbanları arasında sadə insanlarla yanaşı, dövlət, hökumət başçıları, deputatlar, siyasi partiya liderləri də vardır.
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdlərə məruz qalıblar.
Son olaraq millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa martın 28-i gecə saatlarında evinin qarşısında hücuma məruz qalıb. İki güllə yarası almasına rəğmən, xoşbəxtlikdən, deputatın həyatı üçün ciddi təhlükə yoxdur.
Manset.az xəbər verir ki, Bizim.Media 1990-ci illərdən bu günə kimi sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçiləri araşdırıb.
Əjdər Xanbabayev
Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və "Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb. Xanbabayevə qarşı sui-qəsd Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində törədilib..
Afiyəddin Cəlilov
1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov da sui-qəsd qurbanlarındandır. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günə qədər müxtəlif versiyalar səsləndirilir.
Şəmsi Rəhimov
Şəmsi Rəhimov 1994-cü ilin 8 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. O, cəmi 9 ay bu vəzifəni icra edə bilib. Belə ki, Şəmsi Rəhimov həmin ilin sentyabrın 29-da sui-qəsd nəticəsində qətlə yetirilib.
Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru olmuş Rövşən Əliyev də sui-qəsd nəticəsində həyatını itirib. R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci il 13 mart tarixində Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.
Əli Ansuxski
Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı ilin fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
1995-ci ildə Milli Məclisin üzvü olan akademik Ziya Bünyadov da sui-qəsdin qurbanlarındandır. Onu 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Fətulla Hüseynov
Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir.
Rail Rzayev
Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.
Elmar Hüseynov
"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Son 30 ilin ən səs-küylü SUİ-QƏSDLƏRİ – ARAŞDIRMA
12:15 - 30 Mart 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
09 Aprel 2026 - 12:59
Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO
09 Aprel 2026 - 11:43
Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
09 Aprel 2026 - 21:51
Sabah bu ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
09 Aprel 2026 - 16:00
"Ailə 3 övladından imtina etməyib" - RƏSMİ AÇIQLAMA
09 Aprel 2026 - 20:53
ABŞ-İran arasında 2 həftəlik atəşkəs nə vəd edir? - Azay Quliyev cavabladı
09 Aprel 2026 - 09:40
Bu şəxslərin maaşları ilə bağlı YENİ QƏRAR
09 Aprel 2026 - 18:35
Trampın "qara siyahı"sı açıqlandı - Bu 3 ölkədə hədəfdədir
09 Aprel 2026 - 18:43
40 günlük müharibədə İranda ölənlərin sayı məlum oldu
09 Aprel 2026 - 10:23
Slovakiya Ombudsmanı tələbələrlə görüşdü - FOTOLAR
09 Aprel 2026 - 16:12
Məşhur aktyor dünyasını dəyişdi - FOTO
09 Aprel 2026 - 10:38
"İçərişəhər"də qala divarı yağışa görə çökdü - AÇIQLAMA
09 Aprel 2026 - 07:30
Yeməkdən əvvəl, yoxsa sonra su içməliyik?
Xəbər xətti
- 10 Aprel 2026
- 01:30 Ürək sağlamlığını qoruyan 12 qida
- 01:30 Yuxu çatışmazlığı erkən ölüm riskini artırır
- 00:30 Salah "Qalatasaray"a keçir?
- 09 Aprel 2026
- 23:58 İsrail ordusu Livana yenidən zərbə endirməyə başladı
- 23:49 Ermənistanın Gürcüstanla sərhədində zəlzələ oldu
- 23:33 Putin Pasxa atəşkəsi elan etdi
- 23:16 Dənizdə batma təhlükəsində olan qız belə xilas edildi - VİDEO
- 22:54 Ərdoğan Pezeşkianla telefonla danışdı
- 22:31 "İran müharibəyə can atmır" - Müctəba Xamenei
- 22:14 “Uşaqları diləndirir, öyrədir ki, 1 yox, 5 manatı götürün” - VİDEO
- 21:51 Sabah bu ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 21:31 İsrail və Livan arasında danışıqlar bu tarixdə başlayacaq
- 21:12 Məşhur alman aktyor vəfat etdi
- 20:53 ABŞ-İran arasında 2 həftəlik atəşkəs nə vəd edir? - Azay Quliyev cavabladı
- 20:39 Netanyahu Livanla danışıqlara başlamağı tapşırdı
- 20:27 “Euronews” WUF13 ərəfəsində şəhər inkişafının yeni modellərini işıqlandırıb - VİDEO
- 20:14 Millimiz Gürcüstana uduzdu
- 19:58 Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 19:43 Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət etdi - FOTOLAR
- 19:32 İran və ABŞ arasında danışıqlar bu tarixdə keçirilə bilər
- 19:16 Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir - FOTO
- 18:59 "İran və ABŞ arasında atəşkəs Livana da şamil edilməlidir" - Rusiya XİN
- 18:43 40 günlük müharibədə İranda ölənlərin sayı məlum oldu
- 18:35 Trampın "qara siyahı"sı açıqlandı - Bu 3 ölkədə hədəfdədir
- 18:32 Putin müharibədən bu qədər qazandı - RƏQƏM
- 18:26 Dövlət agentliyinə yeni departament müdiri təyin edildi
- 18:17 Hazırda 15 yolda tıxac var - SİYAHI
- 18:08 "Livana hücumlar dayanmazsa, müzakirələrə qoşulmayacağıq" - İrandan şok açıqlama
- 18:03 "Fənərbağça"nın məşhur ulduzu məşqlərə geri döndü
- 17:59 6 şəhərdə mədəni qastrol proqramı həyata keçiriləcək
- 17:51 "İnstagram"da nələr baş verir?
- 17:42 Bu ərazilərə qar yağır
- 17:17 ADU-da İndoneziya səfiri ilə görüş keçirildi - FOTOLAR
- 17:02 Bakıda gecə saatlarında bu yollar bağlanacaq
- 16:40 Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına TƏBRİK
- 16:32 "Əlimiz hər an silahdadır, Livan tək deyil" - Pezeşkian
- 16:20 "Beşiktaş" rekord transferə hazırlaşır
- 16:12 Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu
- 16:12 Məşhur aktyor dünyasını dəyişdi - FOTO
- 16:00 "Ailə 3 övladından imtina etməyib" - RƏSMİ AÇIQLAMA
- 15:41 Suriya Xarici işlər naziri Türkiyəyə rəsmi səfər edəcək
- 15:29 Qayıq batdı - 4 nəfər həlak oldu
- 15:20 "Uzunmüddətli müharibəyə hazırıq" - İrandan gözlənilməz AÇIQLAMA
- 15:14 ABŞ-də təyyarə qəzası - Ölənlər var
- 15:10 Hakan Fidan hollandiyalı həmkarı ilə görüşdü
- 15:04 Şimali Koreyadan yeni həmlə - Dünyaya gücünü nümayiş etdirdi
- 14:43 Yusuf Güney saxlanıldı
- 14:32 Ehtiram Quliyev 15 min cərimələndi
- 14:19 Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - VİDEO
- 14:00 Bakıda moped və motosiklet qəzalarının ANBAAN GÖRÜNTÜLƏRİ
- 13:51 "Livana hücumlar davam edəcək" - Netanyahudan açıqlama