Bakıda gənc oğlan döyülərək bıçaqlandı

23:52 - 9 Aprel 2023

Bakıda gənc oğlan döyülərək bıçaqlandı

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

 

Manset.az xəbər verir ki, hadisə Babək prospektində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Nağıyev Vüsal İkram oğlu "Qarabağlar" restoranından çıxarkən üç nəfər naməlum şəxs onu döyüb.

Daha sonra V.Nağıyev bıçaqlanıb.

Yaralı bədənin bir neçə yerindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır./apa


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin