Nurəddin Mehdixanlı ilə Nihad arasında mübahisə düşdü

21:11 - 14 Aprel 2023

Nurəddin Mehdixanlı ilə Nihad arasında mübahisə düşdü

"Teatrlar brendləşməlidir. Azərbaycanda heç bir teatr brend deyil. Brend olmaq məşhur, peşəkar olmaq demək deyil".

 

Manset.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "ƏSA" Teatrının qurucusu və rəhbəri Nihad Qulamzadə Teatr Forumundakı çıxışı zamanı deyib. Onun bu sözləri isə etiraza səbəb olub. Belə ki, Xalq artisti Nurəddin Mehdixanlı yerindən müdaxilə edərək, onun çıxışına mane olmağa çalışıb.

"Düz demirsən, Azərbaycanda brend tetarlar var" deyə, aktyor söyləyib. 

Həmin görüntüləri instaqram səhifəsində yayımlayan N.Qulamzadə çıxışının yarımçıq saxlanıldığını bildirib:

"Doğrudur, çıxışımı sonlandırmağıma şərait yaradılmasa da, açığı mən bu forumdan razı qaldım. Ümid edirəm və inanıram ki, səsləndirdiyim fikirlər, ideyalar teatr sahəsində icra olunacaq, öz faydalılığını təsdiqləyəcək. Çıxışımın digər hissələrini də bölüşəcəyəm. Çıxışım bu müdaxilə ilə yekunlaşmadı. 10 saniyə sonra düz dediyim məlum oldu. Təəssüf ki, video çəkilişi müdaxilə anında dayandırılıb".


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin