İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
20 May 2024
18:00 - 6 Sentyabr 2021
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” ölkədəki universitetlərin tələbələrinə bütün bədəni örtən paltar geyinmələrini və niqab (üz örtüyü) taxmağı əmr edib.
Manşet.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bundan əlavə, qızlar və oğlanlar ayrılıqda təhsil almalı və universitet çıxışlarında qarşılaşmamaq üçün qızlar dərsləri 5 dəqiqə əvvəl bitirməlidir. Onlara yalnız qadınlar və yaxşı reputasiyası olan yaşlı kişilər dərs deyə biləcəklər.
Təhsil müəssisələrinə getmək qaydalarını müəyyən edən müvafiq fərman yalnız Əfqanıstandakı dövlət universitetlərinə deyil, özəl universitetlərə də aiddir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin