Prezident Şuşada Atatürk küçəsində... - FOTOLAR

12:47 - 9 May 2023

Prezident Şuşada Atatürk küçəsində... - FOTOLAR

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

 

Manset.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.

Bildirilib ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlət başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin