Azərbaycanlı milyarder yaxtasını satışa çıxardı

20:40 - 9 May 2023

Azərbaycanlı milyarder yaxtasını satışa çıxardı

Sanksiyalar rusiyalı oliqarxları bahalı yaxtalarını satmağa məcbur edib.

 

Manset.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, rusiyalı milyarderlərə məxsus “Fraser”, “Moran”, “Burgess” və “Arconyachts” kimi böyük yaxta brokerləri onlarla yaxta satışa çıxarıblar.

“Yevraziya” qazma şirkətinin rəhbəri Aleksandr Çaparidzenin 89 metrlik “Here come the sun” yaxtası 195 milyon dollar satışa çıxarılıb. Azərbaycanlı milyarder, “Lukoyl”un keçmiş rəhbəri Vahid Ələkbərova məxsus 70 metrlik “Galactica Supernova” yaxtası da satışa çıxarılanlar arasındadır. Bu yaxtaya 75 milyon avro qiymət qoyulub.

Bundan başqa, “Nornikel”in keçmiş rəhbəri Vladimir Strjalovskinin 68 metrlik “İcon Ragnar” (69.5 milyon avro), “Beluga Group”un rəhbəri Valentin Zavadnikovun 55 metrlik “Admiral Quinta Essentia” (25 milyon avro) yaxtaları da satışa çıxarılıb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin