Bu ölkələrin qida obyektləri Azərbaycana məhsul ixrac edəcək

13:56 - 11 May 2023

Bu ölkələrin qida obyektləri Azərbaycana məhsul ixrac edəcək

Rusiya, İran, Belarusda fəaliyyət göstərən bir sıra qida obyektləri Azərbaycana məhsul ixrac etmək hüququ qazanıb.

 

Bu barədə Manset.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Bu ilin əvvəlindən Rusiya, İran, Belarus və digər dövlətlərdə yerləşən bir sıra qida obyektlərini təsdiq və ya şərti təsdiq edib. Belarusun Brest şəhərində yerləşən "Брестское мороженое" şirkətinə məxsus süd məhsullarının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmənin nəticələri Agentlik sədrinin müvafiq əmri ilə formalaşdırılmış Komissiyanın növbəti iclasında müzakirə edilərək, müəssisənin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul ediləcək”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Agentlik tərəfindən xarici ölkələrin səlahiyyətli dövlət qurumlarına müəyyən edilmiş möhlət bitdikdən sonra təsdiq edilməmiş obyektlərdən məhsulların idxal edilməsinə məhdudiyyət tətbiq ediləcəyinə dair xəbərdarlıq məktubu göndərilib.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin