Alman iqtisadiyyatı tənəzzülə uğradı

12:08 - 25 May 2023

Alman iqtisadiyyatı tənəzzülə uğradı

Almaniya Federal Statistika İdarəsi (Destatis) birinci rüb üzrə Ümumi Daxili Məhsulun (ÜDM) yekun məlumatlarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya iqtisadiyyatı qeyri-adi yüksək inflyasiyanın və artan faiz dərəcələrinin istehlak xərclərinə təsiri səbəbindən bu ilin birinci rübündə 0,3 faiz kiçilmiş texniki cəhətdən tənəzzülə uğrayıb.

Destatis aprelin 28-də aparıcı məlumatlarla iqtisadiyyatın birinci rübdə böyüməyəcəyini proqnozlaşdırmışdı. Ötən ilin son rübündə iqtisadiyyat 0,5 faiz daralıb. Beləliklə, birinci rübdə yüzdə 0,3 olan daralmadan sonra Almaniya iqtisadiyyatı texniki tənəzzülə girdi və bu, “ard-arda iki rüb üçün ÜDM-də daralma” olaraq ifadə edilir.

Ötən ilin birinci rübü ilə müqayisədə ölkədə ÜDM 0,5 faiz azalıb.

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin