Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
11 Oktyabr 2024
11:51 - 26 May 2023
Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması barədə bəzi yerli mediada yayılan şayiələri təkzib edib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə “TRT Haber”ə müsahibəsində danışıb.
“İlham Əliyev mənə zəng etməyib. Ondan mənə heç bir ismarış gəlməyib. Əliyevin belə bir təşəbbüs edəcəyi ağlımın ucundan da keçməz. Könül bağı başqa şeydir. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz”, - deyə Sinan Oğan seçkilərdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə bağlı Prezident İlham Əliyevin guya ona zəng etməsi barədə iddiaları yalanlayıb.
O, həmçinin neft quyularına sahib olması barədə yayılan iddiaları da təkzib edib: “Seçki kampaniyası üçün istifadə olunan avtobusumun benzini bitdikdə, yanacağın ödənişini yanacaqdoldurma məntəqəsinin sahibi qarşıladı. İcarəyə götürdüyümüz avtobusu yanacaq baxımından istifadə edə bilmirdik. Bu iddialardan əl çəkin”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin