Sabirabad sakinlərində narkotik vasitələr AŞKARLANDI

09:39 - 25 İyul 2023

Sabirabad sakinlərində narkotik vasitələr AŞKARLANDI

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Surra kənd sakini, əvvəllər məhkum olunmuş Ehtiram Ələkbərov saxlanılıb.

Onun üzərində keçirilən baxış zamanı narkotik maddə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirləri davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana, eləcə də atasına məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Vamiq Vəliyev də saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin