Parkinqlərlə bağlı yeni tariflər qüvvəyə mindi - QİYMƏT CƏDVƏLİ

10:20 - 25 İyul 2023

Parkinqlərlə bağlı yeni tariflər qüvvəyə mindi - QİYMƏT CƏDVƏLİ

Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu gündən qüvvəyə minib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.

Qeyd edək ki, qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

“Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffavlaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin