Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

10:48 - 25 İyul 2023

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

 

Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 9:00-a olan məlumatına əsasən, hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.

Düşən yağıntının miqdarı: Sarıbaşda ( Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən,Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək, gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s, dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin