Ər arvadını övladının gözü önündə öldürdü - Qubadakı qətlin təfərrüatı

11:38 - 25 İyul 2023

Ər arvadını övladının gözü önündə öldürdü - Qubadakı qətlin təfərrüatı

Qubada baş verən qətlin bəzi təfərrüatı məlum olub. 

 

Manset.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə mərhum Rəvanə Güliyevanın ata evində - Zərqova İnzibati Ərazi Dairəsinin Mahmudqışlaq kəndində baş verib. 

Bir müdddətdir ərinin pis vərdişlərinə görə ondan ayrılmaq istəyən Rəvanə Güliyeva ata evinə gəlib. Qadın boşanmaq üçün Quba Rayon Məhkəməsinə müraciət edib.

Bundan xəbər tutan onun əri Elşad Güliyev durumdan narazı olub və ondan ərizəni geri götürməsini tələb edib. Onun razılaşmadığını görəndə E.Güliyev bu gecə yaşadığı Xucbala kəndindən qaynatasıgilə gəlib.

Hadisə vaxtı Rəvanə Güliyevanın atası Vasif işdə gecə növbəsində olduğundan qadın evdə azyaşlı uşağı ilə tək olub. Evə daxil olan Elşad Güliyev Rəvanə ilə mübahisə edib və mübahisələri qanlı olayla bitib.

Hadisədən sonra Elşad Güliyev Rəvanənin qardaşıgilə gedib və ona bacısını öldürdüyünü deyib. O, Quba Rayon Polis Şöbəsinə də törətdiyi qətl barədə qaynıgildən xəbər verib və polis əməkdaşlarına könüllü təslim olub. Qeyd edək ki, mərhum Rəvanə Güliyevanın anası vəfat edib və o, bir müddətdir, ata evində qalıb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin