Bakıda 25 Nepal vətəndaşı saxlanıldı - VİDEO

12:24 - 25 İyul 2023

Bakıda 25 Nepal vətəndaşı saxlanıldı - VİDEO

Bakıda qanunsuz yaşayan əcnəbilər saxlanılıb.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 24-də Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Nazirliyin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 25 nəfər Nepal vətəndaşı qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb.

Onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  575.1.1-ci (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşama) maddəsinə əsasən protokol tərtib olunub.

Həmin şəxslər barəsində toplanan materiallar aidiyyəti üzrə digər dövlət orqanına təhvil verilib.

Araşdırmalar zamanı onların ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri müəyyən olunub.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tərbirlər davam etdirilir.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin