"Azəriqaz"ın rayon rəhbərləri ilə görüşləri davam edir - FOTO

12:37 - 25 İyul 2023

SOCAR "Azəriqaz" İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin məsul şəxsləri ilə görüşləri keçirilir.

 

Manset.az xəbər verir ki, məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Sumqayıt Qaz İstismarı Sahəsinin rəisinin Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov ilə görüşü baş tutub.

Görüş zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

"Azəriqaz"ın rayon rəhbərləri ilə görüşləri davam edir -  FOTO


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin