Azərbaycan ən çox qeyri-neft məhsullarını bu ölkələrə ixrac edib

22:15 - 28 İyul 2023

Azərbaycan ən çox qeyri-neft məhsullarını bu ölkələrə ixrac edib

Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyul sayında bildirilir.

Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (19,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

İyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin