Texas qubernatoru Greg Abbott immiqrantların keçməsinin qarşısını almaq üçün ABŞ-Meksika sərhədində mişarlanmış maneələr qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu addımı ABŞ və Meksika hökuməti qınayıb.
ABŞ Nümayəndələr Palatasının üzvü, demokrat Silviya Qarsia mişar şamandıralarının şəkillərini yayımlayaraq Texas qubernatoru Qreq Abbottu bu qəddar və qeyri-insani təcrübəyə dərhal son qoymağa çağırıb.
Meksika ABŞ hökumətinə şamandıraların çıxarılmasını xahiş edərək iki diplomatik nota göndərib.
Meksika hakimiyyəti bildirib ki, avqustun 3 və 4-də Rio-Qrande çayında şamandıraların yaxınlığında iki miqrantın cəsədi tapılıb. Həyatını itirən mühacirlərdən birinin 20 yaşında, digər immiqrantın şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirilib.
Qeyd edək ki, Abbott ABŞ prezidenti Co Bayden hökumətini immiqrant məsələsində səriştəsiz olmaqda ittiham edib. Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi maneələrin aradan qaldırılmasını tələb edərək Texas yerli hökumətinə qarşı iddia qaldırıb.
Aygün
Manşet.az