Prezidentin xüsusi nümayəndəsi Yevlax görüşündən DANIŞDI

15:42 - 21 Sentyabr 2023

Prezidentin xüsusi nümayəndəsi Yevlax görüşündən DANIŞDI

“Yevlaxda aparılan danışıqlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

O bildirib ki, müqavilə layihəsi artıq İrəvana verilib: “Ölkələr arasında sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət olacaq. Razılaşmanın layihəsi dövlətlər arasında sərhədlərə hörmətlə yanaşı, iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün tanınmasını təmin edir, həmçinin tərəflərin bir-birinin daxili işlərinə qarışmamasını bəyan edir”, – E.Əmirbəyov qeyd edib.

Onun sözlərinə görə, görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə olunub: “Düşünürük ki, bu dialoq Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərə bilər. İki ölkə onilliklərlə davam edən böhran və düşmənçiliyə son qoyacaq sülh müqaviləsini müzakirə etməyə başlayıb”.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin