İsrail prezidenti “sivil ölümü” sualına qəzəbləndi: Özümü müdafiə etməyə haqqım yoxdur?

17:31 - 12 Oktyabr 2023

İsrail prezidenti “sivil ölümü” sualına qəzəbləndi: Özümü müdafiə etməyə haqqım yoxdur?

İsrail prezidenti İsaak Hersoq mətbuat konfransında jurnalistlərin Qəzzada vətəndaş cəmiyyətinin kütləvi şəkildə hədəf alınmasının qeyri-qanuni olması ilə bağlı sualına qəzəblənib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hersoq qəzzalıların HƏMAS-a qarşı döyüşə biləcəyini müdafiə edib və daha sonra səsini qaldıraraq Qəzzadakı evlərin mətbəxlərindən İsrailə raket atıldığını iddia edib.

Hersoq "Baş verənləri görmürsünüzmü? Hazırda ciddi hərbi cinayətlərdən danışırıq" deyib.

Hersoqun İsraili heç kimin anlamadığı iddiasından sonra britaniyalı müxbir belə cavab verib:

"Hazırda İsraildə baş verənlərə görə səmimi qəlbdən üzgünəm. Amma son bir neçə dəqiqədir ki, verdiyiniz cavablarınızı dinləyirəm və bir az çaşmışam. Bir tərəfdən İsrailin Qəzza zolağında  beynəlxalq hüquq normalarına əməl etdiyini və mülki itkilərin qarşısını almaq üçün çox diqqətli olduğunu söyləyirsiz. Ancaq eyni zamanda Qəzza xalqını HƏMAS-a müqavimət göstərmədiyi üçün məsuliyyətə cəlb edirsiz”.

Bundan qəzəblənən Hersoq bir daha səsini qaldıraraq “Qəzzada evlərin mətbəxlərindən İsrailə raketlər atıldığını” irəli sürüb. 

Daha sonra jurnalist “Qəzzada dinc sakinlər HƏMAS-ın məhv edilməməsinə görə qanuni hədəfə çevrilirlər?”,- deyə sual verib.

İsrail prezidenti "Mən belə bir söz demədim. Həmas ilə mülki şəxslərin ayrılması ilə bağlı sual verildi. Əgər mətbəxinizdə raket varsa və o raketi bizə doğru atmaq istəyirsinizsə, mənim özümü müdafiə etmək hüququm yoxdur?”, -deyə cavab verib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az