Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.
***
18:08
Xalq artisti Arif Babayev Bakıya gətirilir.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, Qax rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Arif Babayev xüsusi ambulansla Bakı şəhərinə yola salınıb.
Xalq artistinin Yeni Klinikaya yerləşdiriləcəyi bildirilir.
***
15:38
Xəbər verdiyimiz kimi, Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağırlaşıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.
Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".
Seyranə Quliyeva