Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərə başlanılır.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi artıq bununla bağlı "Planet Construction" şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin icrasına 9 milyon 918 min 674 manat vəsait sərf olunacaq.