Müəllimlərin vəzifə maaşına əlavələr edildi

20:54 - 9 Dekabr 2023

Müəllimlərin vəzifə maaşına əlavələr edildi

Müəllimlərin vəzifə maaşına əlavələr edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.

Qeyd edək ki, ümumilikdə təhsilverənlərin sertifikatlaşdırması prosesinin test mərhələsində 31 300 nəfər iştirak edib və onlardan 23 160-ı test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin