Suqovuşan belə qurulur - VİDEO

10:28 - 10 Dekabr 2023

Suqovuşan belə qurulur - VİDEO

Suqovuşanda quruculuq işləri davam etdirilir.

 

Manset.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb.

Qeyd edilib ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5 km yol çəkildi. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirildi. Həmçinin alternativ yol da istifadəyə verildi. Düşmənin illər ərzində söküb daşıdığı, yararsız vəziyyətə gətirdiyi enerji infrastrukturu yenidən quruldu. İki kiçik su elektrik stansiyası istismara verildi. Suqovuşan elektrik enerjisi ilə tam təmin olundu.

Yeni hərbi hissənin istifadəyə verilməsi ilə Suqovuşan istiqamətində təhlükəsizlik tam təmin olundu. Düşmənə revanşizmə yer yoxdur mesajı verildi. Təhsil ənənələri də bərpa olundu, çoxmərtəbəli binalar tikildi. Tikilən evlər isə bir il sonra sakinlərin istifadəsinə veriləcək.

Daha ətraflı AzTV-nin süjetində:

 


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin