Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir

14:47 - 10 Dekabr 2023

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir.

 

Bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumatına əsasən, “Astara” gömrük postunda 254, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1000, “Mazımqara” gömrük postunda 50, “Samur” gömrük postunda 56 və “Xanoba” gömrük postunda 13 yük maşını var.

Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.

Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin