"Haaland və ya Mbappeni almağa imkanımız yoxdur" - Xavi

22:20 - 3 Yanvar 2024

"Barselona"nın baş məşqçisi Xavi klubun maliyyə imkanlarını şərh edib.

 

Manset.az  İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bahalı oyunçuları almaq imkanında olmadıqlarını bildirib:

“Haaland yoxsa Mbappe? İndi Haaland və ya Mbappenin "Barselona"ya qoşulmasını düşünə bilmirik. Təəssüf ki, bu futbolçuları transfer etməyə imkanımız yoxdur. Sahib olduğum futbolçulardan razıyam. Biz daha yaxşı səviyyəyə çatmalıyıq, çünki bu klubda biz həmişə zirvədə olmalıyıq”.

18 turdan sonra "Barselona" İspaniya La Liqasının turnir cədvəlində 38 xalla 4-cüdür.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin