"Yuventus" Türkiyə millisinin üzvü ilə bağlı qərar verdi

17:57 - 4 Yanvar 2024

“Yuventus” futbolçusu Kənan Yıldızın gələcəyi ilə bağlı qərar verib. 

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi Türkiyə millisinin hücumçusunu satmağı planlaşdırmır.

Son vaxtlar mətbuatda 18 yaşlı oyunçunun "Yuventus"dan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin futbolçunun A Seriyasında ardıcıl oynadığı iki matçdan sonra vəziyyət dəyişib.

 Xatırladaq ki, Yıldız ölkə çempionatında “Yuventus”da debüt etdiyi “Frozinone”yə qarşı görüşdə qol vurmuşdu. Kənan 2022-ci ilin yayında "Bavariya"dan "qoca sinyora"ya keçib.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin