Aleksey İsayev rəsmən "Qarabağ"da

08:05 - 5 Yanvar 2024

Aleksey İsayev rəsmən

"Qarabağ” bu qış ilk transferini reallaşdırıb.

 

Manset.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”dan Aleksey İsayevi heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. Azərbaycan millisinin də üzvü olan İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin