2023-cü il üçün dünyanın rəmzi komandası açıqlandı - FOTO

12:24 - 5 Yanvar 2024

2023-cü il üçün dünyanın rəmzi komandası açıqlandı - FOTO

Dünyanın 2023-cü il üçün rəmzi komandası açıqlanıb.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, ötən ilin "11-liy"ini İFFHS tərtib edib.

Komanda 3-4-3 sxemi ilə qurulub. Yalnız İngiltərə millisi "11-lik"də iki futbolçu ilə təmsil olunub. Kriştiano Ronaldo bu dəfə rəmzi komandadan kənarda qalıb. Lionel Messi isə "11-lik"də yer alıb.

Qapıçı: Ederson (Braziliya);

Müdafiəçilər: Ruben Diaş (Portuqaliya), Kim Min Je (Cənubi Koreya), Alfonso Devis (Kanada);

Yarımmüdafiəçilər: Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə), Kevin de Bruyne (Belçika), Lionel Messi (Argentina);

Hücumçular: Harri Keyn (İngiltərə), Erlinq Haland (Norveç), Kilian Mbappe (Fransa).


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin