Narkotik vasitə satan daha bir nəfər saxlanıldı - VİDEO

12:01 - 7 Oktyabr 2021

Narkotik vasitə satan daha bir nəfər saxlanıldı - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobu qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Qadir Muradov tutularaq istintaqa təqdim edilib. Qadir Muradovun üzərində şəxsi axtarış aparılan zaman ondan 110 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi tanış olduğu tanımadığı şəxsdən əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin