Döyülərək xəstəxanaya düşən türkiyəli referi işinə qayıdır

17:08 - 12 Yanvar 2024

Döyülərək xəstəxanaya düşən türkiyəli referi işinə qayıdır

Türkiyədə Superliqanın 15-ci həftəsində keçirilən “Ankaragücü” - “Çaykur Rizespor” matçında hücuma məruz qalan FİFA lisenziyalı referi Halil Umut Meler biraylıq fasilədən sonra işinə qayıdır.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Şurasından məlumat verilib.

Məlumata görə, Halil Umut Meler Superliqanın 20-ci həftəsində yanvarın 14-də baş tutacaq “İstanbulspor” - “TÜMOSAN Konyaspor” matçını idarə edəcək.

Xatırladaq ki, dekabrın 11-də “Ankaragücü” - “Çaykur Rizespor” matçında Halil Umut Meler ev sahibi komandanın prezidenti Faruk Koca və daha iki nəfər tərəfindən hücuma məruz qalıb və iki gün xəstəxanada müalicə alıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin