“Qalatasaray”ın sabiq ulduzu ürəktutmadan ÖLDÜ

10:26 - 18 Yanvar 2024

“Qalatasaray”ın sabiq ulduzu ürəktutmadan ÖLDÜ

2008-2009-cu il mövsümündə "Qalatasaray"da çıxış edən serbiyalı keçmiş basketbolçu Deyan Miloyeviç ürək tutmasından dünyasını dəyişib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 2021-ci ildən “Qolden Steyt Vorriors”da baş məşqçi köməkçisi işləyən 1977-ci il təvəllüdlü keçmiş basketbolçu Miloyeviç restoranda yemək yeyərkən halı pisləşib və xəstəxanaya yerləşdirilib.

İnfarkt keçirdiyi məlum olan Milojeviçi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

“Qalatasaray"ın sosial media hesabından başsağlığı paylaşımı edib:

“2008-2009 mövsümündə "Qalatasaray"da çıxış edən və NBA komandası “Golden State Varriors”un köməkçi məşqçilərindən biri olan keçmiş oyunçumuz Dejan Miloyeviçin dünyasını dəyişdiyini kədərlə öyrəndik. Ailəsinə və bütün basketbol ictimaiyyətinə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin