Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

20:04 - 18 Yanvar 2024

Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.

 

Manset.az  xəbər verir ki, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunda 1/4 final mərhələsinin matçında iş başında olacaq.

O, Türkiyənin “Nilüfər Bələdiyə Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk görüşdə qonşu ölkə təmsilçisi səfərdə qələbə qazanıb - 3:1.

Digər beynəlxalq dərəcəli hakim Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.

O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbaxça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. İlk görüş Ukrayna klubunun qələbə ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, hər iki oyun bu gün gerçəkləşəcək.
 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin