Neymarın transferinə görə Fransanın Maliyyə Nazirliyində axtarış aparılıb

07:00 - 19 Yanvar 2024

Neymarın transferinə görə Fransanın Maliyyə Nazirliyində axtarış aparılıb

Braziliya millisinin futbolçusu Neymarın PSJ-yə keçidi ilə bağlı Fransanın Maliyyə Nazirliyində axtarış aparılıb.

 

Manset.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, hücumçunun transferi zamanı Paris təmsilçisinə vergi güzəştləri verilib.

Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniyanın "Barselona" klubundan 222 milyon avroya PSJ-yə keçib. 31 yaşlı forvard hazırda Səudiyyə Ərəbistanında "Əl-Hilal"ın uğurları üçün çalışır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin