Azərbaycan neftinin qiyməti 87 dolları ÖTÜB

09:33 - 31 Yanvar 2024

Azərbaycan neftinin qiyməti 87 dolları ÖTÜB

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb. 

 

Manset.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,14 ABŞ dolları, yaxud 0,1 % artaraq 87,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin