Ələt Baş dəmir yolu stansiyası təmir ediləcək

19:05 - 2 Fevral 2024

Ələt Baş dəmir yolu stansiyası təmir ediləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) transformasiya nəticəsində öz vəsaitləri hesabına iri investisiya layihələrini həyata keçirib.

 

Manset.az  xəbər verir ki, xərclərin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi sayəsində ADY öz vəsaiti ilə 2023-cü ildə 35 milyon manat investisiya edib, nəticədə 16 km yolda rels dəyişdirilib, Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı-Suraxanı, Yeni Suraxanı-Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub, Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub, Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb.

2024-cü ildə isə bu vəsait 50 milyon manatı aşaraq 20-dən çox layihənin icrasına cəlb ediləcək. Həmçinin, Ələt Baş dəmir yolu stansiyası təmir ediləcək, yalama stansiyası genişləndiriləcək, 50 km uzunluğunda yolların üst quruluşu təmir ediləcək, Biləcəri çeşidləmə parkının təmiri tamamlanacaq.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin