Avropada, xüsusən Balkan yarımadasında yerləşən ölkələrdə anomal istilər hökm sürür.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iyun ayının olmasına baxmayaraq, artıq yarımadanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə qədər yüksəlib.
Şiddətli istilər səbəbindən İtaliyanın paytaxtı Romada infrastruktur quruculuq layihələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Sinoptiklər irəliləyən günlərdə havanın temperaturunun yüksələcəyini qeyd ediblər.
Fidan Əliyeva