Amerikalı aktyor Tom Kruz və onun keçmiş həyat yoldaşı Keti Holmsun qızı Suri atasının soyadından imtina etmək qərarına gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, cümə günü, iyunun 21-də Suri məktəbi bitirib və diplomunu almasını anası ilə qeyd edib.
Aktyor tədbirdə olmayıb.
Onun qızı buraxılış mərasimi broşürunda “Suri Noel” kimi qeyd edilib.