Hindistanın paytaxtı Nyu-Delhidə hava limanının damının bir hissəsinin uçması nəticəsində azı bir nəfər ölüb, altı nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hava limanın damının uçma səbəbi kimi güclü yağışların yağması göstərilir.
Hadisədən dərhal sonra hava limanında yerləşən birinci terminalda bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.
Fidan Əliyeva
Manşet.az