Rusiyanın Federal Vergi Xidməti dünyaca məşhur rusiyalı, UFC döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb H. Nurməhəmmədovun dövlətə 300 milyon rubla yaxın(təxminən 5,9 milyon manat - red.) borcunun olmasıdır.
Qeyd edək ki, daha əvvəl isə Rusiya Federal Vergi Xidməti H.Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.
Fidan Əliyeva
Manşet.az