Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 3166 ünvanında yerləşən "Sevinc" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının qarşısında bir neçə vətəndaş tərəfindən qanunsuz parklanma əraziləri yaradılıb. Belə ki, sözügedən hissə xüsusi maneə törədən vasitələrlə əhatələnib.
Bununla bağlı ərazidə yaşayan bir qrup sakin Manset.az-a müraciət edib. Onlar qanunsuz zəbt olunmuş parklanma yerlərinin ərazidə problem yaratdığını bildirirlər. Eyni zamanda bu, hər hansı fövqəladə hadisə və ya yanğın baş verdiyi anda binaya yanğınsöndürən maşınların yaxınlaşması üçün də əngəl yaradır.
Bununla bağlı bina sakinləri "Sevinc" MTK-ya bir neçə dəfə müraciət edərək şikayətlərini bildiriblər. Problemin həlli yolunda müsbət nəticə əldə edə bilməyən sakinlər Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə də müraciət ünvanlayıblar. Lakin bütün müraciətlər cavabsız qalıb və heç bir tədbir görülməyib.
Sözügedən ərazidən görüntüləri təqdim edirik: